Elmar Məmmədyarov Liberiya və Albaniyanın xarici işlər nazirləri ilə görüşüb - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Liberiyanın xarici işlər naziri Augustine Ngafuan və Albaniyanın xarici işlər naziri Edmond Panariti ilə görüşüb.
Augustine Ngafuan ilə görüşdə tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının araşdırılmasına ehtiyac olduğunu vurğulayıb və bu istiqamətdə müxtəlif addımların atılmasını zəruri sayıblar. Liberiya xarici işlər naziri ölkəsinin keçid dövrü ərzində iqtisadiyyatın inkişafı üçün güclü tərəfdaşlara ehtiyacı olduğunu diqqətə çatdıraraq, Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib. Augustine Ngafuan cari ildə Liberiyada böyük neft yataqlarının kəşf edilməsi barədə məlumat verib və bu sahədə Azərbaycanın zəngin təcrübəsindən yararlanmaq arzusunda olduqlarını dilə gətirib. O, Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət edib.
Elmar Məmmədyarov və Edmond Panariti arasında keçirilən görüşdə iki ölkə arasında iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Elmar Məmmədyarov qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərə böyük töhfələr verdiyini və Azərbaycanla Albaniya arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyacın olduğunu bildirib. Edmond Panariti isə Milli Məclisinin sədrinin bu yaxınlarda Albaniyaya etdiyi səfəri yüksək qiymətləndirib və bu səfərin ikitərəfli münasibətlərə önəmli töhfə verəcəyinə ümidvar olduğunu söyləyib.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00