Qənirə Paşayeva türkiyəli bələdiyyə sədri ilə görüşüb
Azərbaycanda səfərdə olan Türkiyənin Konya şəhərinin Meram bələdiyyəsinin sədri Serdar Kalayçının rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili Qənirə Paşayeva ilə görüşüb.
Lent.az-ın verdiyi məlumata görə, Qənirə Paşayeva Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə inandığını söyləyib.
Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlaması, dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar və tarixi abidələrimizin erməni vandalizminə məruz qalması barədə də danışıb. Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Serdar Kalayçı özlərini vətənlərində hiss etdiklərini dilə gətirib. Serdar Kalayçı Azərbaycanın bölgələri ilə əməkdaşlıq və əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını vurğulayıb. O, Şəki şəhər bələdiyyəsi ilə Meram bələdiyyəsi arasında qardaşlaşmaya dair sazişin imzalandığını diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi istiqamətində görülən işlər, habelə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Serdar Kalayçı Qənirə Paşayevaya Meram bələdiyyəsinin adından təşəkkürnamə təqdim edib. Qənirə Paşayeva isə Meram bələdiyyə sədrinə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar təqdim edib.
Daha sonra Meram bələdiyyəsinin sədri Serdar Kalayçının rəhbərlik etdiyi nümayəndə heyəti Qənirə Paşayevanın müşayiəti ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Daha sonra isə İçəri Şəhər, Şirvanşahlar Saray Kompleksini və digər tarixi yerlərdə olublar.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00