II Bakı Beynəlxalq Humanitar Forumun Yekun Bəyannaməsi qəbul olunub
Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun Yekun Bəyannaməsi qəbul olunub. APA-nın məlumatına görə, sənəddə deyilir ki, forumun iştirakçıları qloballaşma şəraitində multikulturalizm konsepsiyasına yeni həyat verilməsinin zəruriliyini anlayaraq və onun mədəni müxtəlifliyin, mədəniyyətlərarası dialoqun formalaşması üçün ən sanballı vasitə olduğunu qəbul edərək, forumda qloballaşma proseslərinin nəticəsi olaraq yaranan, elmin, texnikanın inkişafı və informasiya cəmiyyətinin bərqərar olması ilə meydana çıxan çox sayda humanitar problemlərlə bağlı aparılmış müzakirələrin yüksək dərəcədə səmərəli olduğunu vurğulayır və Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində aparılmış hərtərəfli və müxtəlif səviyyəli dialoqun zamanın aktual çağırışlarına adekvat olduğunu düşünür: “İştirakçılar dövlət siyasətinin tərkib hissəsi kimi multikulturalizmin imkanlarından istifadənin vacibliyini və onun həm müxtəlif mədəniyyətlərin inkişafı, həm də bütün bəşəriyyətin əldə etdiyi mədəni nailiyyətlərin qorunması və zənginlənməsində əhəmiyyətini qeyd ediblər.
Dünya ictimaiyyətini, siyasətçiləri və alimləri multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin bundan sonra tədqiqinin ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə xüsusi diqqət yetirməsinə, Azərbaycanın dünyada multikulturalizm problemlərinin tədqiqi üzrə xüsusi mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü müdafiə etməyə çağırıblar”.
Eyni zamanda iştirakçılar “beynəlxalq qurumları və müxtəlif humanitar təşkilatları dövlətlər, vətəndaş cəmiyyətləri və konfessiyalar arasında tolerantlıq mühiti yaratmağa və sivilizasiyalararası münaqişələrin qarşısını almağa xidmət edən əsl mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi məqsədi ilə forumlar, konfranslar, müzakirələr və dəyirmi masaların təşkilinə davamlı olaraq təşəbbüs göstərməyə çağırıblar”.
Qeyd edək ki, forumda dünyanın 100-ə yaxın ölkəsindən 600-ə qədər nümayəndə iştirak edir. Onların sırasında 10-dan artıq Nobel mükafatı laureatı, 15-dən artıq keçmiş prezident, müxtəlif ölkələrin hökumət rəhbərləri, nazirləri, elm-təhsil və mədəniyyət sahəsində çalışan tanınmış dünya xadimləri, o cümlədən digər sahələrin mütəxəssisləri var.
Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.
2010-cu ilin Forumunun təşəbbüsçüləri Azərbaycanın Prezidenti İlham Əliyev və onun həmkarı, Rusiyanın sabiq prezidenti Dmitri Medvedev olub.

Oxşar yazılar

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11