ABŞ-dakı səfirimiz Stratfor Analitik Mərkəzində çıxış edib
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Texas ştatına səfəri çərçivəsində paytaxt Ostin şəhərində Amerikanın aparıcı geosiyasi araşdırma mərkəzlərindən biri hesab edilən Stratfor Analitik Mərkəzində analitiklərlə görüş keçirib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, görüşün moderatoru sözügedən Mərkəzin yaradıcısı və rəhbəri Corc Fridman olub.
E.Süleymanov Cənubi Qafqaz regionunun strateji önəmi barədə məlumat verərək, ölkəmizin İran və Rusiya ilə sərhədə malik yeganə dövlət olmasının Azərbaycan xarici siyasətinə təsiri, Azərbaycan hökumətinin yürütdüyü tarazlaşdırılmış xarici siyasət barəsində danışıb. Ermənistanın regional layihələrə, ümumilikdə inteqrasiya proseslərinə cəlb olunması üçün Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruri element olduğunu əlavə edib.
Regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinə toxunan səfir Azərbaycanın bundan öncəki təşəbbüslərin icrası zamanı etibarlı müttəfiq imici formalaşdırdığını bildirib.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12