“Demokratiya: Köhnə modellər və yeni reallıqlar”
Oktyabrın 5-də Strasburqda Avropa Şurasının “Demokratiya: Köhnə modellər və yeni reallıqlar” beynəlxalq forumuna start verilib. Dünya Azərbaycanlı Gənclər Birliyindən Lent.az-a verilən məlumata görə, oktyabrın 11-dək davam edəcək foruma bir sıra yüksək səviyyəli siyasətçilər, ictimai xadimlər, beynəlxalq əlaqələr üzrə ekspertlər, Nobel mükafatçıları və beynəlxalq media mənsubları qatılıblar.
Forumda Dünya Azərbaycanlı Gənclər Birliyini Fuad Məmmədov təmsil edir. Demokratiya mövzusuna həsr olunmuş beynəlxalq forum çərçivəsində təşkil olunan Gənclər Assambleyasının “Demokratiya və Qloballaşma” qrupunda Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü Fuad Məmmədov Azərbaycan prezentasiyası ilə çıxış edib. Prezentasiyada qlobal təhlükəsizliyin əhəmiyyəti vurğulanıb, həll olunmayan münaqişələrin tezliklə həll olunmasının Avropa məkanında demokratiyanın daha da sürətlə inkişaf etməsinə təkan verəcəyi qeyd olunub. Buna bariz nümunə kimi Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verən Fuad Məmmədov beynəlxalq qətnamələrə baxmayaraq Azərbaycan torpaqlarının hələ də 20 faizinin işğal altında olması, bir milyon qaçqın və məcburi köçkünün öz torpaqlarından didərgin düşməsi amillərinin Qafqaz regionunda demokratiyanın sürətli inkişafına başlıca maneələrindən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Avropa Şurası Gənclər Assambleyasının əsas qrup mövzuları gənclər və demokratiya, din, qloballaşma və yeni şəbəkələşmələr, yerli etnik azlıqların cəmiyyətə inteqrasiyası və təhsillə bağlı olub. Forumda BMT-nin baş katibi cənab Pan Gi Mun məruzə ilə çıxış edib.
Xatırladaq ki, Avropa Şurası 40 ildən artıqdır müxtəlif gənclər layihələrində iştirak edir.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12