Gülər Əhmədova: “Mən Yeni Azərbaycan Partiyasına sadiqəm”-AÇIQLAMA
“Hörmətli KİV və ictimaiyyət nümayəndələri! Son günlər bir sıra mətbuat orqanlarında (ilk olaraq “Yeni Müsavat” qəzetində və ona istinadən digər mətbuat orqanlarında) mənim deputat mandatımdan könüllü imtina etməyimdən sonra həqiqətə uyğun olmayan informasiyalar dərc edilməkdədir”.
Lent.az -ın məlumatına görə, bunu bu gün yaydığı rəsmi açıqlamasında sabiq millət vəkili Gülər Əhmədova bildirib.
G. Əhmədova açıqlamasının konteksdən çıxarıldığını deyib: “Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt “Məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda “Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontektsdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif edib, ictimaiyyətə yanlış formada təqdim edib. Daha sonra digər resurslar bu yalnış informasiya üzərində təməli səhv analizlər aparmağa başlayıblar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm”.
G. Əhmədova facebook statusunda yazdıqlarının YAP-ın icra katibi Əli Əhmədovla əlaqələndirilməsinə də münasibət bildirib: “Etiraz etdiyim digər məsələ də mənim üzvü olduğu Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə mənim aramdakı münasibətləri qəsdən pozmaq cəhdidir. Belə ki, mən Facebook sosial şəbəkəsində özümə məxsus səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yalnış istiqamətə yozaraq, ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışıb. Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir”.
G. Əhmədova qeyd edib ki, o, mənsub olduğm Yeni Azərbaycan Partiyasına, onun nizamnamə və məramnaməsinə sadiqdir: “Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına, onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. İstintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KİV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açılqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yalnış istiqamətə yönəltməsinlər”.

Oxşar yazılar

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11