Gülər Əhmədova: “Ağzımı açdırmasınlar...” - BƏYANAT
Lent.az-ın məlumatına görə, G. Əhmədova “facebook” sosial şəbəkəsində paylaşdığı statusunda qeyd edib ki, partiyadaşları onun haqqında mətbuatda şər və böhtan xarakterli məlumatlar yayır: “Mən 2 gün bundan əvvəl yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqın gedişinə kömək etmək məqsədi ilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KIV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim. Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şər və iftira yağdırmağa başladılar. Hər gün bu təhqirlər mənə ünvanlanmağa başladı. Bununla həmin insanlar istintaqın gedişatına mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm və həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirlər yağdıran insanlar çox peşman olacaqlar”.
G. Əhmədova sonra ölkə başçısına müraciət edib: “Sonda cənab prezidentə müraciət edirəm ki, sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Men artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı sizdən rica edirəm”.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00