
Leyla Əliyeva yenidən RAGT-nin sədri seçilib
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dördüncü hesabat-seçki konfransı keçirilib. Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, konfransda RAGT-nin Moskva və regional bölmələrinin 104 nümayəndəsi iştirak edib. RAGT-nin idarə heyətinin üzvü Emin Hacıyev hesabat dövründə bu təşkilatın fəaliyyətinin yekunları barədə məruzə ilə çıxış edib. O, təşkilatın sədri Leyla Əliyeva tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi və uğurla həyata keçirilən layihələr barədə məlumat verərək qeyd edib ki, bu gün RAGT sıx birləşib, Rusiyanın və Azərbaycan gənclər təşkilatları arasında öz layiqli yerini tutan Azərbaycanı və Rusiyanı qarşılıqlı anlaşmaya və qarşılıqlı etimada əsaslanan çoxəsrlik dostluğun birləşdirir. Sonra konfrans iştirakçıları təşkilati məsələləri nəzərdən keçirib, nəzarət-təftiş komissiyasının məruzəsini dinləyiblər. Leyla Əliyeva yenidən yekdilliklə RAGT-nin sədri seçilib. Görüşdə iki ölkənin 40-dan çox təşkilatının nümayəndələri, o cümlədən Azərbaycandan “İrəli” ictimai birliyinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının, “Böyük İpək Yolu” beynəlxalq gənclər ittifaqının nümayəndələri, Milli Məclisin gənc deputatları Fuad Muradov və Ceyhun Osmanlı, Rusiyadan “Sodrujestvo” Beynəlxalq Gənclər Təşkilatının idarə heyətinin sədri Marina Filaretova, Rusiya Uşaq və Gənclər Birlikləri Milli Şurasının sədri Vladimir Xarçenko, Federasiya Şurasının sosial siyasət komitəsinin və digər təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan və Rusiya gənclərinin gələcək müştərək layihələri haqqında geniş fikir mübadiləsi aparılıb.
Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15