
Macarıstanda “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib
Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır. Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib. Macarıstandakı səfirimiz Vilayət Quliyev foto-alboma “Ağdam: Qara taleli ağ şəhər” adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.
Oxşar yazılar

Azərbaycandan İsrailə MESAJ: Azərbaycanlıların yaşadığı şəhərlərdə dinc əhaliyə zərər yetirməyin
17 iyun 2025 , 14:26
İrandakı səfirliyimizin əməkdaşları və ailə üzvləri Azərbaycana gətirilib
16 iyun 2025 , 12:55
İsrail Ayətullah Əli Xamneyini öldürməyi planlaşdırırmı? Yeni TƏFƏRRÜATLAR
16 iyun 2025 , 11:04
Pənah Hüseyn partiya sədrliyindən istefa verib? - AÇIQLAMA -YENİLƏNİB
16 iyun 2025 , 10:40
Daha 36 ölkənin vətəndaşlarına ABŞ-a giriş qadağan edilə bilər - SİYAHI
16 iyun 2025 , 09:57
Biz Türkiyə mediasından bunu gözləmirdik! – RƏSMİLƏR NİYƏ SUSUR?
15 iyun 2025 , 18:11
15 iyun - Gələcəyə gedən yol - APA TV
15 iyun 2025 , 13:40