APA və Ria Novosti əməkdaşlıq müqaviləsi imzaladılar
0
0
“Azəri-Press” İnformasiya Agentliyi (APA) və Rusiyanın RİA “Novosti” agentliyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, APA-nın materialları RİA “Novosti”nin yeni layihəsində - “Rossiya dlya vsex” internet-portalında istifadə olunacaq.
Öz növbəsində APA agentliyi də RİA “Novosti” agentliyinin materiallarından istifadə edə bilər.
Bu gün Moskvada təqdimat mərasimi keçirilən “Rossiya dlya vsex” internet-portalı rus, Azərbaycan, çeçen, çərkəz, tacik, qırğız və digər dillərdə aktual xəbərlər, analitik, foto və videomateriallar təqdim etməyi nəzərdə tutur.