Azərbaycan prezidenti Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının sədri seçildi
“Dünyanın ən böyük siyasi regionunu, partiyalarını birləşdirən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı böyük beynəlxalq quruma çevrilə bilər”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının 7-ci Baş Assambleyasında çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov söyləyib.
Əli Əhmədov Asiya ölkələri gənclərinin forumunun keçirilməsini də təklif edib: “Biz belə bir forumun yaxın zamanlarda Bakıda Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilməsini təklif edirik. Digər tərəfdən, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının qadınlar təşkilatının yaradılmasına ehtiyac var. Elə bu konfrans çərçivəsində qadınlar təşkilatının yaradılması ilə bağlı müvafiq qərar qəbul edilə bilər”.
Əli Əhmədov deyib ki, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının sədri seçilir: “İclasda sədrlik Kamboca prezidentindən Azərbaycan prezidenti İlham Əliyevə keçəcək. Buna görə Kamboca baş nazirinin müavini Sokkan rəmzi olaraq Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin əlini sıxacaq və sədrlik prezident İlham Əliyevə keçəcək”.
Daha sonra Kamboca baş nazirinin müavini Ramiz Mehdiyevin əlini sıxıb. Ramiz Mehdiyev prezident İlham Əliyevin konfrans iştirakçılarına təbrikini oxuyub.

Oxşar yazılar

Prezidentin Moskva səfəri niyə təxirə salındı? - SƏBƏBLƏR MƏLUM OLDU
7 may 2025 , 20:46
Türkiyə və İsrail hərbi toqquşmanın astanasındadırmı? - Ekspert qiymətləndirir
7 may 2025 , 19:59
İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacaq
7 may 2025 , 19:39
Qarabağa QAYIDIŞ fiziki köç deyil – Bizi ora çəkən KOD YADDAŞI
7 may 2025 , 14:51
Azərbaycan Hindistana uçuşları dayandırdı
7 may 2025 , 11:14
Azərbaycan Pakistana hərbi hücumları pislədi - BƏYANAT
7 may 2025 , 10:51
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
6 may 2025 , 19:37