“Deputatlığa namizədlərin qeydiyyatı proseduru daha da sadələşdirilməlidir”
“Qarşıdan gələn parlament seçkilərində dünyanın gözü Azərbaycanda olacaq”.
APA-nın məlumatına görə, bu fikirləri MSK-da dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların başlanması münasibətilə keçirilən tədbirdə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel deyib. Onun sözlərinə görə, parlament seçkilərini izləmək üçün ATƏT-in 450 müşahidəçisi Azərbaycana gələcək. Buna qədər isə onlarla ATƏT-in uzunmüddətli müşahidəçisi ölkəyə təşrif buyuracaq. Avropa Şurası və digər qurumların da seçki prosesini izləyəcəyini deyən səfir Avropa İttifaqının Azərbaycana müşahidəçi göndərməyəcəyini bildirib.
Səfir deyib ki, ölkəyə çoxlu sayda beynəlxalq müşahidəçinin göndərilməsi Azərbaycana verilən önəmi göstərir: “Çünki heç də hər seçkiyə bu qədər müşahidəçi göndərilmir”.
ATƏT nümayəndəsi sentyabrda Bakı da daxil olmaqla ölkənin bir sıra mərkəzi şəhərlərində rayon icra hakimiyyətlərinin də qatılacağı maarifləndirmə tədbirlərinin keçiriləcəyini qeyd edib.
Səfir əlavə edib ki, Azərbaycanda deputatlığa namizədlərin qeydiyyatı proseduru daha da sadələşdirilməlidir. Onun fikrincə, qeydiyyatla bağlı tələb olunan sənədlərin sayının azaldılması daha məqsədəuyğundur.
Əli Bilgə Cankorel həmçinin müşahidəçilərə yaradılan şəraitin indiyədək təkmilləşdirildiyini, lakin daha da təkmilləşdirilməsinin zəruriliyini qeyd edib.
O, şikayətlərə baxılması prosedurasının sadələşdirilməsinin zəruriliyini vurğulayıb.
MSK sədri Məzahir Pənahov isə onun dediklərinə münasibət bildirərkən bütün beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, Əli Bilgə Cankorelə fəal əməkdaşlıq üçün təşəkkürünü bildirib.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00