“Sərhədlərin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğundur”
“Biz əvvəlcədən də bildirmişik ki, bu gün işğalçı Ermənistanla Türkiyənin sərhədlərinin açılması nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına cavab verir. Hər iki halda bu, işğalçı rejimin bir az da əl-qolunun açılmasına, danışıqlarda daha da qeyri-konstruktiv mövqeyə yuvarlanmasına səbəb olacaq. Bu mövqeyimizi Türkiyə rəsmilərinin də diqqətinə çatdırmışıq”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O, Türkiyə rəsmilərinin müvafiq açıqlamalarının olduğunu da xatırladıb: “Həmçinin hörmətli baş nazir Rəcəb Tayyib Ərdoğan, hörmətli prezident Abdulla Gül və Türkiyənin digər rəsmiləri dəfələrlə bəyan ediblər ki, nə vaxta qədər Ermənistan Azərbaycanın işğal etdiyi torpaqları ilə bağlı məsələdə konstruktiv mövqeyə gəlməyib, bu problem həll olunmayıb, iki ölkə arasındakı sərhədlər açılmayacaq. Biz Türkiyə rəsmilərinin sözlərinə inanırıq və düşünürük ki, ortaya qoyulmuş şərtlər təyin olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Fərqi yoxdur, istər NATO-nun tələbi olsun, istər ATƏT-in, Avropa Şurasının, ya da hansısa fövqəldövlətin tələbi olsun“.

Oxşar yazılar

SON DƏQİQƏ: Şahin Şıxlinski saxlanıldı
2 avqust 2025 , 20:15
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00