“Eks-prezidentlər haqqında” qanun hazırlanır
Bahar Muradova Əbülfəz Elçibəyin ailəsinin Azərbaycandan köçməsindən danışdı
“Eks-prezidentlər haqqında” qanun layihəsi Prezident Administrasiyası tərəfindən hazırlanıb və yaxın günlərdə parlamentə təqdim olunacaq.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev söyləyib. Parlamentin sədr müavini Bahar Muradova isə mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi ilə bağlı yayılmış məlumatlara toxunub. Bahar xanım deyib ki, Elçibəyin ailəsinin Azərbaycandan köçməsi ilə bağlı məlumatları o da oxuyub. Onun sözlərinə görə, hökumət müxtəlif vaxtlarda Əbülfəz Elçibəyin ailəsinə yardımla bağlı onlara çoxsaylı təkliflər edib. Ancaq bu təkliflər qəbul olunmayıb.
“Elçibəyin ailəsinin hansısa xarici ölkədə yaşayıb öz həyatını təmin etməsindənsə, Azərbaycanda yaşayıb öz həyatlarını təmin etməsi yaxşı olardı. Mən Əbülfəz Elçibəyin ailəsinin və yaxınlarının Azərbaycan hökumətinin yardım təkliflərini nə üçün, hansı prinsiplərlə qəbul etmədiyini bilmirəm” – Bahar Muradova belə deyib.
Ramiz Mikayıloğlu

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35