Qorbaçov Bakıya gələcək
Qanlı yanvar hadisələrinin günahkarı ilə birgə ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays da Azərbaycana səfər edəcək
SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov sentyabrda Bakıya gələcək. Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Qorbaçovdan əlavə, ABŞ-ın keçmiş dövlət katibi Kondoliza Rays və keçmiş müdafiə naziri Uilyam Perri də Azərbaycana səfər edəcəklər.
Səfər dünya liderlərinin 5-ci simpoziumu çərçivəsində baş tutacaq. “Global Challenges in a Post-Perestroika World” (“Postyenidənqurma dünyasında qlobal çağırışlar”) adlı turne avqustun 30-da Moskvada başlayacaq və sentyabrın 17-də İstanbulda başa çatacaq. Liderlər turne çərçivəsində Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycanda olacaqlar. Onlar səfər zamanı hökumət və biznes nümayəndələri ilə görüşəcəklər, ekskursiyalarda iştirak edəcəklər, siyasət və tarix ətrafında diskussiyalar aparacaqlar.
Xatırladaq ki, Mixail Qorbaçov Bakıda törədilən 20 yanvar qətliamının əsas günahkarlarından biridir. O, qanlı yanvardan sonra Azərbaycana ilk dəfə səfər edəcək.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35