
Almatı görüşündə Laçın və Kəlbəcərin azad edilməsi müzakirə olunacaq
Azərbaycan tərəfi Almatıda keçiriləcək ATƏT xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə razılığını verib. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, görüşün dəqiq tarixi məlum deyil: “Görüş ya iyulun 16-da, yaxud da bir gün sonra keçirilə bilər. Hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün tarixini dəqiqləşdirməklə məşğuldur”. Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündə Azərbaycan tərəfinin əsasən Laçın və Kəlbəcərin işğaldan azad edilməsi müddətinin müzakirə etmək istədiyini deyib. Dağlıq Qarabağ ətrafındakı digər işğal altında olan rayonların boşaldılması məsələsinə gəldikdə isə Elmar Məmmədyarov bildirib ki, bu proses sülh sazişi imzalandıqdan dərhal sonra başlayacaq.
Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35