Azərbaycana “S-300” komplekslərini satılacağı barədə daha bir xəbər
Azərbaycanlı kursantlar Tverdəki Hərbi-Kosmik Akademiyada “S-300” zenit-raket komplekslərini öyrənməklə bağlı kurs keçirlər
Rusiya Müdafiə Nazirliyindəki mənbə “Nezavisimoy qazeta”yə Azərbaycana iki “S-300” dviziya zenit-raket kompleksi satılacağını təsdiqləyib.
Lent.az-ın “Nezavisimaya qazeta”yə istinadən verdiyi məlumata görə, müvafiq qurumlar arasında imzalanacaq müqavilənin dəyəri 300 milyon dollardır.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, artıq neçə ildir ki, azərbaycanlı kursantlar Tverdəki Hərbi-Kosmik Akademiyada “S-300” zenit-raket komplekslərini öyrənməklə bağlı kurs keçirlər. Rusiya Müdafiə Nazirlyində onu da qeyd ediblər ki, “Rosoboroneksport” kütləvi informasiya vasitələrində Azərbaycana “S-300” zenit-raket komplekslərinin satılacağı barədə xəbər yayılarkən bunu təkzib etməklə düzgün davranıb: “Çünki bu barədə razılaşma olsa da, yekun qərarı hökumətlər qəbul edəcəklər”.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də Azərbaycana bu silahların satıla biləcəyini təkzib etməyib. “Nezavisimaya qazeta”nın yazığına görə, Müdafiə Nazirliyi Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkinin Azərbaycana səfəri zamanı da “S-300” zenit-raket komplekslərinin satışı məsələsinin müzakirə olunacağını istisna saymayıb.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07