Dubayla yaranan viza probleminin səbəbləri açıqlandı
“Problem təkcə Azərbaycanla bağlı olmayıb”
Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) getmək istəyən Azərbaycan vətəndaşlarına viza verilməsində yaranmış problemin səbəbləri açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə Bakıda səfərdə olan Dubay Aeroportunun birinci terminalının direktoru Valid Əhməd açıqlama verib.
O bildirib ki, viza verilməsilə bağlı problemin yaranmasına səbəb BƏƏ-dəki müvafiq sistemdə yaranmış problem olub: “Problem təkcə Azərbaycanla bağlı deyil, digər ölkələrlə də var idi. Belə ki, sistemin data-bazası yenilənmirdi”.
Xalid Əhməd viza probleminin mətbuatda təhrif olunmuş şəkildə xəbər verilməsini bildiklərini də deyib. “Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var, bu münasibətlərimizin genişləndirilməsində maraqlıyıq. Biz Azərbaycanda çoxlu sayda biznesmenin olduğunu bilirik” – deyə, o əlavə edib.
Qeyd edək ki, iyul ayının sonlarında turist firmalarına 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına BƏƏ vizasının verilməsinin müəyyən müddətə dayandırıldığı barədə xəbərdarlıq edilmişdi.
Pərvin ABBASOV

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07