Ermənilərdən Ağrı dağı fitnəsi
11 erməni alpinist dağın zirvəsinə separatçı rejimin “bayrağını” sancıb
Ermənilər türklərə qarşı növbəti dəfə təxribat törədiblər.
Lent.az-ın Türkiyənin “Posta” qəzetinə istinadən məlumatına görə, ermənilər Türkiyə ərazisində “Ararat” adlandırdıqları Ağrı dağında qanunsuz aksiya keçiriblər. Belə ki, iyulun 13-də Gürcüstandan Türkiyəyə keçən erməni əsilli 9 ABŞ, 2 Kanada vətəndaşı icazəsiz olaraq, Ağrı dağına çıxıb. 3 günə dağın zirvəsinə qalxan 11 nəfərlik qrup oraya Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqlarını sancıb. Erməni alpinistlər zirvədə xeyli əyləniblər.
Məlum olub ki, alpinistlər dağa çıxmaq üçün icazə almayıblar. Belə ki, onlar bununla bağlı Türkiyənin Turizm Nazirliyinə müraciət etsələr də, müsbət cavab almayıblar. Ancaq buna baxmayaraq, dağa çıxıblar.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07