Asif Mərzilinin həbsinə qərar verən hakim cəzalandırıldı
İşi icraata götürmüş Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilib
“Təzadlar” qəzetinin baş redaktoru Asif Məmmədovun (Mərzili) barəsində həbs tədbiri seçilməsi barədə qərar çıxarmış hakim cəzalandırılıb. Bu barədə Lent.az-a açıqlamasında A.Məmmədov özü məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov Yasamal rayon Məhkəməsinin 2 hakimini cəzalandırılması barədə xüsusi qərardad çıxarıb. Qərardada əsasən işi icraata götürmüş Tahir İsmayılova töhmət, həbs qərarını çıxarmış Abbas Rzayevə isə şiddətli töhmət verilib.
“Bakı Apellyasiya Məhkəməsinin bütün heyətinə minnətdarlığımı bildirirəm. Onların qərarı çox ədalətli oldu” – deyə, o bildirib.
Xatırladaq ki, A.Mərzili aprelin 7-də Yasamal rayon Məhkəməsinin qərarı ilə Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148 (təhqir) maddələri ilə qaldırdığı iddia əsasında 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Təzadlar” qəzetinin əməkdaşı jurnalist Zümrüd Məmmədovanın barəsində isə 6 aylıq icbari cəza müəyyənləşdirilmişdi. Bu gün Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədov onun azadlığa çıxması barədə qərar qəbul edib. Digər jurnalist Zümrüd Məmmədovanın barəsindəki 6 aylıq icbari cəzanın ləğv olunması barədə qərar çıxarıb.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29