Əli Əhmədov Polşaya getdi
YAP sədrinin müavini Avropa Xalq Partiyasının Konqresində iştirak edəcək
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının (AXP) Konqresində iştirak etmək üçün Polşada səfərdədir. Bu barədə Lent.az-a YAP-ın mətbuat xidmətindən bildirilib.
Konqres 28-30 aprel tarixlərində Polşanın paytaxtı Varşavada keçiriləcək. Konqresdə qitənin, eləcə də dünyanın hökümət və dövlət başçıları iştirak edəcəklər. Səfər zamanı Əli Əhmədovun Avropa Xalq Partiyasının baş katibi və Avropa Parlamentinin üzvü Antoni Lopez-İsturiz, AXP-nın xarici əlaqələr üzrə katibi Kostas Sasmatzoğlu, ATƏT Parlament Assambleyasında AXP qrupunun rəhbəri Valburqa Habsung Duglas, AXP regionlarla iş şöbəsinin prezidenti İsidoro Gottardo və digər siyasilərlə görüşü nəzərdə tutulub.
AXP Avropanın ən böyük siyasi partiyalarından biridir.
Pərvin ABBASOV

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35