ABŞ-ın Bakıdakı səfirliyində əlavə təhlükəsizlik tədbirləri görülüb
Bakıda yaşayan Amerika vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edilib
ABŞ-ın Bakıda səfirliyi bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktı ilə əlaqədar olaraq əlavə qabaqlayıcı təhlükəsizlik tədbirləri görüb. Bu barədə Lent.az-a səfirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, səfirlik diplomatik korpusun əməkdaşları da daxil olmaqla Bakıdakı bütün ABŞ vətəndaşlarını hadisə baş verən əraziyə getməməyə, həmçinin ehtiyatlı davranmaları barədə xəbərdar edib.
“Bu, adi praktikadır. Adətən hansısa hadisə baş verəndə bu cür tədbirlər görürük” – deyə, səfirlikdən qeyd olunub.
Böyük Britaniyanın Bakıdakı səfirliyində isə hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülməyib. Səfirlikdən Lent.az bildirilib ki, yalnız diplomatik korpusun əməkdaşlarına hadisə ilə bağlı ümumi xarakterli məlumat verilib. Səfirlik öz əməkdaşlarına hadisə baş verən və oraya yaxın ərazilərə getməmək tövsiyə xarakterli göstəriş verib.
Pərvin ABBASOV

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35