ABŞ Azərbaycanın terrorizmlə mübarizəsini yüksək qiymətləndirib
Dövlət Departamenti “2008-ci il terrorizm üzrə ölkələr hesabatı” adlı sənəd yayıb
ABŞ Dövlət Departamenti “2008-ci il terrorizm üzrə ölkələr hesabatı” adlı sənəd yayıb.
APA-nın ABŞ bürosunun məlumatına görə, sənədin Azərbaycana aid hissəsində bildirilir ki, Azərbaycan və ABŞ arasında 2001-ci il 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə sahəsində əməkdaşlıq mövcuddur. Əfqanıstana gedən strateji hava dəhlizi üzərində yerləşən Azərbaycan hava uçuşları üçün şərait yaradıb, hüquq mühafizə orqanları ilə əməkdaşlıq və məlumat mübadiləsi sahəsində əməkdaşlıq edib.
Hesabatda ABŞ və Koalisiya qüvvələrinin Bakının mülki hava limanlarında yanacaq doldurmasına və enmələr etməsinə icazə verildiyi bildirilib. Dövlət Departamenti Azərbaycan əsgərlərinin İraq və Əfqanıstanda xidmət etdiyini, rəsmi Bakının öz ölkəsinin sərhədlərinin mühafizəsini artıraraq, terrorçuların insan və materiallar keçirməsinin qarşısını almaqda müsbət irəliləyişlərə nail atıb.
Hesabatda qeyd olunur ki, Azərbaycan İran tərəfindən ruhlandırılan və idarə olunan terrorçu təşkilatların yolunda yerləşir. Həmin qruplar Qafqazda keçməklə pul, insan qüvvəsi və materiallar keçirməyə cəhd etsələr də, hökumət aktiv olaraq həmin qrupların qarşısını alıb.
Departamentin hesabatında ötən il avqustun 17-də “Əbu Bəkr” məscidində baş verən hadisəyə yer ayrılıb. Həmin insident zamanı 3 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı qeyd olunan hesabatda Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinə istinadən hadisənin Dağıstanda qətlə yetirilən İlqar Mollaçıyevin tərəfindən hazırlandığı bildirilib.
Hesabatda, həmçinin, Ermənistanın İranla yaxınlaşmasından narahatlıq ifadə olunub. Amerikanın xarici siyasət idarəsi bu yaxınlaşma səbəbindən rəsmi İrəvanın İrana qarşı aparılan beynəlxalq təzyiq kampaniyası, terrorçuluğa dəstək və nüvə silahının yayılmaması ilə bağlı təzyiqlərə qoşulmaqda meylli olmadığını bildirib.

Oxşar yazılar

İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06
Erməni hərbçilər 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar - Arayikin MƏHKƏMƏSİ
8 may 2025 , 17:00