Azərbaycan prezidenti: “Ağdamın adını dəyişmək mənasız işdir”
“Ağdamın adını dəyişmək tamamilə mənasız işdir”. APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Ağdamda məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında ermənilərin işğal etdikləri Ağdam şəhərinin adını dəyişmək niyyətlərinə münasibət bildirərkən deyib.
Dövlət başçısı bildirib ki, sülh istəyən tərəf belə çirkin işlərlə heç vaxt məşğul olmaz: “Birdə ki, bunlar tamamilə mənasız işlərdir. Vaxtilə onlar Laçın, Kəlbəcər rayonlarının da adlarını dəyişdirməyə cəhd etmişdilər. Kim qəbul etdi? Özlərindən başqa heç kim. Heç özləri də Laçını, Kəlbəcəri o qondarma adlarla çağırmırlar. Bizim danışıqlar prosesində də o qondarma adlar yoxdur. Müzakirə olunan sənədlərdə, ermənilərin müzakirə etdiyi sənədlərdə Kəlbəcər, Laçın rayonları öz adları ilə göstərilir. Sadəcə, bu çirkin əməllər ermənilərin xislətini bir daha göstərir. Göstərir ki, onlar Cənubi Qafqazda öz qonşuları ilə normal münasibətlərdə yaşamaq istəmirlər”.
Bugünkü Ermənistan şəhərlərinin hamısının vaxtilə Azərbaycan adlarını daşıdığını qeyd edən prezident həmin adların dəyişdirildiyini, erməniləşdirildiyini deyib: “İrəvandan tutmuş Göyçə gölünə qədər, Zəngəzur, Cəlaloğlu - bütün bu şəhərlərin adları Azərbaycan xalqı ilə bağlıdır. Ermənilər bizim ərazimizə köçürülüblər, bunu biz yaxşı bilirik. Ondan sonra o bölgələr erməniləşdirildi”.
Dövlət başçısı Azərbaycanın Qarabağ məsələsinə beynəlxalq diqqətin daha da güclənməsinə çalışdığını da bildirib: “Çalışırıq ki, bu məsələ dünya gündəliyindən düşməsin, yaddaşdan silinməsin, beynəlxalq təşkilatlar daim bu məsələni öz gündəliyində saxlasınlar. Diplomatik və siyasi səylərimiz buna yönəlib və buna nail ola bilmişik”.
Dünyanın aparıcı beynəlxalq təşkilatlarının Azərbaycanın haqq işini öz qərarları, qətnamələri ilə təsdiqlədiyini deyən prezident qeyd edib ki, siyasi-hüquqi və diplomatik əsasların daha da möhkəm olması üçün səylər davam etdiriləcək: “Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü hələ müstəqilliyə qovuşanda, Birləşmiş Millətlər Təşkilatına üzv olanda tanınıb. Bu gün dünyada elə ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasın. Bu, çox vacib məsələdir”.

Oxşar yazılar

İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39