MSK-nın iclasında 13 müraciətə baxılıb
APA-nın məlumatına görə, iclasda noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK katibi Natiq Məmmədov, MSK üzvləri Ramiz İbrahimov və Qabil Orucov şikayətlər haqqında məlumat veriblər.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin 15 saylı Yasamal birinci seçki dairəsində seçkilərin nəticələrinin ləğv edilməsi ilə bağlı müraciəti müddət keçdiyinə görə ərizəçiyə geri qaytarılıb.
Sonra iclasda digər müraciətlərə baxılıb. Ümumilikdə iclasda 13 müraciətə baxılıb. Onlardan 1-nə xitam verilib, 5-i qanunla müəyyən olunan şikayət vermə müddəti ötdüyündən ərizəçilərə qaytarılıb, 2-si təmin olunmayıb, 5-nin araşdırma müddətinin uzadılması barədə qərar qəbul edilib.
İclasda MSK sədri Məzahir Pənahov deyib ki, daxil olan şikayətlər ekspert qrupu tərəfindən əhatəli şəkildə araşdırılır.

Oxşar yazılar

Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev:
19 iyul 2025 , 20:25
III Şuşa Qlobal Media Forumu keçirilir - VİDEO - YENİLƏNİB
19 iyul 2025 , 19:45
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23