Ailə Akademiyası yaradılır-YENİLƏNİB
APA-nın xəbərinə görə, konfransda açılış nitqi ilə çıxış edən vəqfin başqanı Mustafa Yeşil ailə modelinin qorunmasının vacibliyindən danışıb. Onun sözlərinə görə, 1960-cı illərdən üzü bəri ailə modeli ilə bağlı başlayan mübahisələr bu modeli təhlükə qarşısında qoyub. Natiq müasir dünyada ailə modelinin dağılmaqda olduğunu, boşanmaların artdığını, böyük anlamda ailə institutunun təhlükədə olduğunu söyləyib. M. Yeşil bildirib ki, konfransın təşkil edilməsində məqsəd bu təhlükə ilə bağlı müzakirələr aparmaq, insanlığa xoşbəxt, sağlam nəsillər bəxş etmək üçün ailə modelinin qorunmasının yollarını tapmaqdır.
Dialoq Avrasiya Platformasının fəaliyyətdə olan sədri Nurlan Orazalin də konfransın əhəmiyyətindən danışıb və ailə modelinin qorunması üçün konkret təkliflər verilməsinin tərəfdarı olduğunu deyib.
Çıxışçılar arasında Azərbaycanın Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da var.
Tədbirin yekunu olaraq Qəzetçilər və Yazarlar Vəqfinin tərkibində Ailə Akademiyası yaranacaq. Bu gənclərə psixoloji dəstək vermək, onları ailə həyatına hazırlıq təhsili vermək məqsədi daşıyır.
Konfransda Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, İtaliya və digər ölkələrdən dövlət təmsilçiləri, millət vəkilləri, elm və ədəbiyyat adamları, media rəhbərləri iştirak edirlər.
Azərbaycan nümayəndə heyətinə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Yazıçılar Birliyinin sədri Anar, Dialoq Avrasiya Platformasının Azərbaycan təmsilçisi Mustafa Saatçı, İctmai Televiziyanın İnformasiya və analitik proqramlar departamentinin rəhbəri Anar Yusifoğlu, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xəzər TV-nin baş direktoru Hüseyn Dinləməz, redaktor Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Lider TV-nin xəbər müdiri Tofiq Abbasov, AMEA-nı və müxtəlif universitetləri təmsil edən elm adamları daxildir.
Tədbirə ümumilikdən 50 ölkədən nümayəndə heyətləri qatılıblar.

Oxşar yazılar

İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53