FHN-nin nümayəndə heyəti Belarusda rəsmi səfərdə olub
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Belarus Respublikasında rəsmi səfərdə olub.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Azərbaycan FHN-nin nümayəndə heyəti ilə Belarus Respublikasının fövqəladə hallar naziri Ənvər Bariyevin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində atılacaq addımlar barəsində geniş fikir mübadiləsi aparılıb. Sonra Belarus Respublikasının yeni yanğınsöndürmə texnologiyaları və xilasedicilərin təchizatı ilə tanış olan Azərbaycan nümayəndə heyətinə neft rezervuarlarında yanğınların söndürülməsi üçün tətbiq olunan yanğınsöndürmə vasitələri barədə məlumat verilib.
Səfər çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov Minskdə Belarus FHN-nin Mühəndis-Komandirlər İnstitutunda təhsil alan azərbaycanlı müdavimlərlə də görüşüb. Səfərin yekunu olaraq “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq haqqında 17 oktyabr 2006-cı il Minsk şəhərində imzalanmış Sazişin həyata keçirilməsi üzrə 2011-2013-cü illər üçün tədbirlərin Kompleks Planı” imzalanıb.

Oxşar yazılar

İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53