“Borçalı” İctimai Cəmiyyəti 2010-cu ildə fərqlənənləri mükafatlandırıb
Tədbir çərçivəsində həm də həftənin sonunda “Gürcüstan Türklərinin Həmrəylik Gecəsi” düzənlənib.
Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə 2010-cu ildə bir sıra sahələr üzrə fərqlənən qurumlar və şəxslər mükafatlandırılıb.
Gürcüstanda, özəlliklə Borçalı bölgəsində bir sıra irihəcmli layihələri həyata keçirdiyinə görə Heydər Əliyev Fondu “İlin Qalibi” ödülü, Gürcüstana daha çox sərmayə qoyan qurum olaraq Azərbaycan Dövlət Neft Şirkəti I dərəcəli Diplom, “Bazalt Korporation” LTD şirkəti və “Akkord” Şirkətlər qrupu I dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Gürcüstanda fəaliyyət göstərən təşkilat və qurumlardan milli dəyərlərimizin qorunması və inkişafında, Borçalı türklərinin Gürcüstan cəmiyyətinə qarşılıqlı inteqrasiyasına əməli töhfələr verdiyi üçün Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, “Varlıq” Mədəniyyət Mərkəzi, Gürcüstan Borçalı İş Adamları Birliyinə I dərəcəli diplom və hədiyyələr verilib;
Gürcüstanda fəaliyyət göstərən gənclərin təmərküzləşdiyi QHT-lərdən Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Dərnəyi, “Başkeçid” Birliyi (Kamran Xıdıroğlu), “Elmi araşdırmalar Assosiasiyası” (Ehtiram Əmirxanlı) mükafata layiq görülüblər.
Azərbaycanda yaşayan və fəaliyyət göstərən, “Borçalı” İctimai Cəmiyyətinin ideyalarının həyata keçirilməsində xüsusi fərqlənən iş adamları Hüseyn Qəmərli, Əlləz Qəmərli, Tariyel Saraclı, Abbas Ormeşənli, Siyavuş Cəbrayıllı “El Adamı” diplomları və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Tədbirdə Türkiyə Cümhuriyyətinin, Gürcüstanın Respublikasının Bakıdakı səfirləri və Gürcüstandan dəvət olunmuş qonaqlar, Ahıska Türkləri, o cümlədən Azərbaycanın tanınmış ziyalıları və media mənsubları tədbirdə iştirak ediblər.
Sədrəddin Soltan

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37