
Azərbaycan prezidenti pravoslav xristianları Milad bayramı münasibətilə təbrik edib
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət başçısının təbrikində deyilir: “Hörmətli həmvətənlər! Müqəddəs Milad bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, bu əziz gündə hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycanda ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olan xalqlar və etnik azlıqlar həmişə sülh və əmin-amanlıq içində yaşamış, səmavi dinlər əsrlər boyu qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərmişlər. Biz mütərəqqi milli-tarixi ənənələr üzərində bərqərar olmuş müasir cəmiyyətimizdə hökm sürən tolerantlığı, ictimai-siyasi sabitliyi, vətəndaş həmrəyliyini Azərbaycan dövlətçiliyinin misilsiz nailiyyəti kimi qiymətləndirir və haqlı olaraq bununla fəxr edirik. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və daha da inkişaf etdirilməsinə bundan sonra da daimi diqqət və qayğı göstəriləcəkdir. Əziz həmvətənlər! İsa Peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularını təcəssüm etdirir. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə bərəkət, həyatınıza firavanlıq gətirsin. Bayramınız mübarək olsun!”
Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37