Seyid Camal Əzimbəyli: “Dövlətçiliyimizə uzanan əllər kəsilməlidir”
İslam Partiyasının sədri Mövsüm Səmədovun dövlətçiliyimizə qarşı çağırışlarına görə hüquq-mühafizə orqanları tərəfindən həbs olunmasının hakimiyyətin dinə qarşı basqısı kimi səciyyələndirilməsi yanlışdır.
Bunu Lent.az-a açıqlamasında “Təbliğ” İslam Xeyriyyə Vəqfinin rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli söyləyib.
Seyid Camal Əzimbəyli deyib ki, Azərbaycan dövlətçiliyinə zidd çağırışlar edən, təriqətlərarası münasibətlərin qızışdırılmasına rəvac verən çağırışlar olduğu halda hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirirlərsə, milli və dini kimliyi bəlli olan adamlar bu kim məsələlərə belə reaksiya verməməlidirlər. O hesab edir ki, Azərbaycanda dünyanın heç bir ölkəsində olmayacaq qədər dini və milli tolerantlıq mövcuddur: “Bu tolerantlığın mövcud olmasında Azərbaycan hökumətinin və dövlət başçısının böyük rolu var. Dövlət başçısı İlham Əliyev həqiqi milli-mənəvi dəyərlərin mühafizə olunması sahəsində apardığı siyasətlə milli-mənəvi dəyərlərimizin əsl təəssübkeşi olduğunu ortaya qoyub”.
Seyid Camal Əzimbəyli bildirib ki, Azərbaycanı İraqa, Hindistana, Pakistana çevirmək istəyən, ölkəmizdə dinlər və təriqətlərarası münasibətləri qızışdırmaq istəyən qüvvələr mövcuddur: “Peyğəmbər də buyurur ki, vətəni sevmək imandandır. İmanlı şəxslərin bu məsələdə dövlətə dəstək olması vacibdir. Əgər bu gün Azərbaycanda hər hansı dini problemin yaranmasına rəvac verən xarici dövlətlərin emissarları fəaliyyət göstərirsə, hüquq-mühafizə orqanları bunu ayırd edərək həbs edirsə, bu da din təəssübkeşi adı altında fəaliyyət göstərən bəzilərinin rahatlığını pozursa, bu, onların da Azərbaycan dövlətinə qarşı zərərli fəaliyyətlə məşğul olduğunu ortaya çıxarır. Hansısa üzdəniraq din təmsilçiləri ölkəmizi savaş meydanına çevirmək istəyirlərsə, onlara dəstək vermək də heç bir halda islamın təməl prinsipləri bir araya gəlmir. Təmsil etdiyim yüzlərlə din adamı adından bunu deməyə mənəvi haqqım var”.
Seyid Camal Əzimbəyli qeyd edib ki, son günlər iştirak etdiyi yas mərasimlərində bəzi çağırışlar səslənir: “Bildirilir ki, Azərbaycanda mövcud hakimiyyət dinə və dindarlara təzyiq göstərir, sıxışdırır. Ancaq Azərbaycanda bu sahədə olan müsbət şərait dünyanın heç bir ölkəsində yoxdur. Dövlətçiliyimizə uzanan əllərin kəsilməsi lazımdır. Riyakar, maskalanmış din adamlarının yanında olmaq deyil, dövlətçiliyimizi qorumağa çağırıram”.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37