2600 metr yüksəklikdə 4000 illik zinət əşyası  tapıldı
20 noyabr 2026 05:51 (UTC +04:00)

2600 metr yüksəklikdə 4000 illik zinət əşyası tapıldı

0

 

İsveçrə Alp dağlarında arxeoloqlar təxminən 4000 il əvvələ aid tunc boyunbağı aşkar ediblər. Tapıntının dəniz səviyyəsindən 2600 metrdən çox yüksəklikdə olması alimlərin diqqətini çəkib.

Lent.az xəbər verir ki, bu barədə “Arkeonews” Bern kantonunun Arxeologiya Xidmətinə istinadən məlumat yayıb.

Qədim zinət əşyası Lötschen dağ keçidində aparılan araşdırma zamanı tapılıb. Diametri təxminən 13 santimetr olan boyunbağının ucları halqavari şəkildə hazırlanıb.

Alimlər əşyanın eramızdan əvvəl 2000–1700-cü illərə aid ola biləcəyini müəyyənləşdiriblər. Tapıntının qədim səyyah tərəfindən dağ keçidində qəsdən qoyulması ehtimal olunur.

Tədqiqatçıların fikrincə, zinət əşyası təhlükəli dağ keçidindən uğurla keçmək üçün tanrılara təqdim edilmiş qurbanlıq və ya təşəkkür hədiyyəsi ola bilər. Lakin onun hansı məqsədlə orada qoyulduğu dəqiq məlum deyil.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 122

Oxşar yazılar