Balakəndə ev yandı, xeyli sayda cücə tələf oldu
20 noyabr 2026 08:43 (UTC +04:00)

Balakəndə ev yandı, xeyli sayda cücə tələf oldu

0

 

Balakən rayonunda üçotaqlı evdə yanğın baş verib.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Talalar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Telman Şahverdiyevin həyətyanı sahəsində yerləşən, hazırda yaşayış olmayan kürsülü üçotaqlı evdə yanğın başlayıb.

Nəticədə evin dam örtüyü və otaqlardan birinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Həyətdə yerləşən yaşayış evi və yaxınlıqdakı digər tikililər alovdan mühafizə edilib.

Ev sahibi bildirib ki, yanan tikilidə cücə saxlayırmış. Hadisə nəticəsində xeyli sayda cücə tələf olub.

Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar