Elmar Məmmədyarov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb
Görüşdə Azərbaycan ilə Bosniya arasında əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub. Nazir E.Məmmədyarov ölkələr arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə, lakin iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, bu istiqamətdə fəallığın artırılmasına ehtiyac olduğunu deyib.
Öz növbəsində nazir S.Alkalay Azərbaycanda ilk dəfə olduğundan məmnunluq hisslərini keçirdiyini bildirərək, ölkələr arasında mövcud dostluq münasibətlərini yüksək qiymətləndirib. Qonaq Azərbaycan ilə Bosniya-Herseqovina arasında əlaqələri daha da möhkəmləndirmək üçün dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin, iş və incəsənət adamlarının gediş-gəlişinin təşkil edilməsinin vacibliyini vurğulayıb. Bosniya rəsmisi bir sıra sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bunun üçün ölkələr arasında münasibətləri tənzimləyən hüquqi bazanın genişləndirilməsinin zəruriliyini ön plana çəkib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan S.Alkalay ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinin birmənalı olaraq dəstəklədiyini vurğulayıb.
Həmçinin görüş zamanı bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol” imzalayıblar.

Oxşar yazılar

"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16
Ermənistanın hücumları nəticəsində əsirlikdə və girovluqda olmuş zərərçəkmişlər ifadə verdilər -FOTO
25 iyul 2025 , 20:22
Lukaşenkodan məmurlara ÇAĞIRIŞ: “Məni qəzəbləndirməyin!”
25 iyul 2025 , 10:37