Ərdoğan Bakıya yeni hökumətlə gəlir
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qardaş ölkənin hökumət başçısı bu gün Bakıya yerli vaxtla saat 20.00-da gələcək. Səfər zamanı onu əksəriyyəti yenicə vəzifəyə təyin olunmuş nazirlər - xarici işlər naziri Ahmet Davutoğlu, dövlət naziri Zafer Çağlayan, nəqliyyat naziri Binəli Yıldırım, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, mədəniyyət və turizm naziri Ərtoğrul Günay müşayiət edəcək.
Ərdoğan sabah – mayın 13-də Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, daha sonra isə Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək, gül çələngləri qoyacaq.
Daha sonra Türkiyənin Baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakilə birlikdə görüşləri gerçəkləşəcək. Görüşlərdən sonra Ərdoğanla İlham Əliyev birgə mətbuat konfransı keçirəcək.
Günortadan sonra türkiyəli qonaq Azərbaycan Milli Məclisində olacaq, orada çıxış edəcək.
Ərdoğan Türkiyənin Bakıdakı səfirliyində türk iş adamları, dərnək təmsilçiləri və səfirlik işçilərilə birlikdə ziyafətə qatılacaq.
Türkiyəli Baş nazir Bakıda rəsmi şam yeməyindən sonra isə Polşaya yollanacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07