Azərbaycan prezidenti: “Şübhələrə son qoyuldu”
Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransında hər iki ölkə jurnalistlərinin suallarını cavablandırıblar.
APA-nın xəbərinə görə, türkiyəli media mənsubu İ. Əliyevdən “Brüsseldə verdiyiniz açıqlamada Türkiyə-Ermənistan “yol xəritəsi”ndə Dağlıq Qarabağ məsələsinin yer alıb-almadığına dair bəsit suala bəsit bir cavab istədiyinizi demişdiniz. Sualınıza cavab ala bildinizmi”, deyə soruşub. Azərbaycan prezidentinin cavabı belə olub: “Qardaşımın, hörmətli baş nazirin sözləri bu suala ən yaxşı cavabdır. Bundan açıq cavab ola bilməz. Suala görə də, cavaba görə də minnətdaram. Sirr deyil ki, son zamanlar Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı narahatlıq var idi. Amma ən önəmlisi odur ki, bu gün heç bir şübhəyə, spekulyasiyaya yer qalmadı. Türkiyənin baş naziri, prezidenti dəfələrlə bu məsələyə aydınlıq gətirdilər”.
Başqa bir türkiyəli jurnalist Azərbaycanda Türkiyə ilə bağlı şübhəyə əsas verən amilin nə olduğunu öyrənmək istəyib, eyni zamanda Azərbaycan-Rusiya yaxınlaşması və Azərbaycanın siyasətində dəyişiklik olub-olmadığı barədə sual ünvanlayıb. İ. Əliyev bu il fevralın əvvəllərindən etibarən Ermənistan mətbuatında Türkiyə ilə sərhədlərin açılacağına dair xəbərlərin yayılmağa başladığını, bu iddiaların bir müddət cavabsız qaldığını söyləyib: “Yəqin Azərbaycandakı şübhələrin birinci səbəbi bu idi. Sonra müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri də Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə artıq real fakt kimi yanaşdılar və bu da təbii ki, Azərbaycanda müəyyən şübhələrin ortaya çıxmasına səbəb oldu. Ancaq aprelin ortalarında Türkiyə baş nazirinin, prezidentinin birmənalı sözlərindən sonra bu şübhələrə son qoyuldu. Artıq bu bir tarixdir”.
İ. Əliyev Rusiya ilə bağlı suala cavabında isə Azərbaycanın bütün ölkələrlə normal dostluq əlaqələrinə malik olduğunu vurğulayıb: “Rusiya ilə əlaqələrin böyük tarixi var və bu əlaqələr hər iki ölkə üçün önəmlidir. Rusiya prezidenti cənab Medvedev ilk xarici səfərlərindən birini məhz Azərbaycana edib və bu səfər zamanı dostluq və strateji əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu, böyük siyasi məna daşıyır. Bizim Rusiya ilə münasibətlərimiz onsuz da yaxındır və hansısa əlavə addımlara ehtiyac yoxdur”.

Oxşar yazılar

Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25
Ermənistan Azərbaycanla müharibə etməyəcək - PAŞİNYAN
9 may 2025 , 11:55Pakistan səfiri: Hindistana qəti şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq - MÜSAHİBƏ - VİDEO
8 may 2025 , 22:43
Roma Papası ilk dəfə amerikalı seçildi: XIV Leo nə ilə məşhurdur? - ONU TANI
8 may 2025 , 22:01
Stalin Avropanı ələ keçirməyi planlaşdırıb və ABŞ-ı aldadıb - TARİXÇİ
8 may 2025 , 21:35
Lukaşenko hakimiyyətdə çox uzun müddət qaldığını etiraf etdi
8 may 2025 , 19:06