Prezidentlərin görüşündə ciddi irəliləyiş olmayıb
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın iyunun 4-də Sankt-Peterburqda keçirilən görüşündən sonra iki ölkənin xarici işlər nazirləri mətbuat üçün brifinq keçiriblər.
APA-nın məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan prezidentlərin görüşünün konstruktiv keçdiyini bildirib: “Bu gün hansısa ciddi irəliləyişdən danışmaq mümkün olmasa da, tərəflər irəliyə doğru addımlayır və danışıqları davam etdirmək qərarına gəliblər. Prezidentlər xarici işlər nazirlərinə həmsədrlərlə birlikdə müvafiq hazırlıq işləri aparmaq və mövqeləri razılaşdırmaq üçün danışıqları davam etdirmək təlimatı verdilər”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə bəyan edib ki, sonuncu görüş digərlərindən fərqli tərzdə keçib: “Müəyyən tərpəniş var, ancaq razıyam ki, görüşün irəliyə doğru ciddi addım olduğunu söyləmək olmaz. Lakin əvvəlkindən daha çox qarşılıqlı anlayış, bir-birinin mövqeyini anlama və irəliyə doğru hərəkət etməyə, bu məsələni çözməyə dair ümumi razılıq var və bu da sevindiricidir”.
E. Məmmədyarov son 5 il ərzində Praqa prosesi olaraq başlayıb Madrid təklifləri şəklində ortaya çıxan işlənib hazırlanmış prinsiplərin mövcud olduğunu söyləyib: “Bu prinsiplərin bir hissəsi üzrə qarşılıqlı anlayış mövcuddur, prezidentlər səviyyəsində müzakirə olunan bəziləri üzrə razılığın isə konturları var”.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25