Amnistiya aktı üçün şərait yetişib
“Bu il amnistiya aktının qəbul edilməsi üçün xüsusi il hesab edilə bilər”.
Lent.az-ın məlumatına görə, bunu ötən həftə Milli Məclisə müvafiq təklif verən ombusman Elmira Süleymanova jurnalistlərin suallarını cavablandırarkən bildirib. O qeyd edib ki, Milli Məclisin ayrı-ayrı deputatları bu məsələyə müsbət yanaşırlar: “Bu il Azərbaycanın müstəqilliyinin 20, Avropa Şurasına üzv olmağımızın 10 ili tamam olur. Bu il həm Avropa İnsan Haqları Konvensiyası, həm də İşgəncələr Əleyhinə Konvensiyaya qoşulmağınızın, “Ombudsman haqqında” qanunun qəbul olunmasının da 10 ili tam olur. Ümidvaram ki, bu məsələyə səs veriləcək və amnistiya aktı ilə bağlı müvafiq qanun qəbul olunacaq”.
Bununla belə, ombudsman amnistiyanın nə qədər insana şamil ediləcəyini söyləməkdə çətinlik çəkdiyini deyir. Onun sözlərinə görə, indiyədək Azərbaycanda 9 amnistiya aktı, 48 əfv fərmanı elan olunub: “Digər ölkələrdə belə hallarla rastlaşmırıq. Mən ölkə prezidentinə müraciət etmişəm və çox minnətdaram ki, o, bu fikrə hörmətlə yanaşdı. İstər amnistiya, istərsə də əfv fərmanlarında qadınlara, ahıllara, ağır xəstələrə, yeniyetmələrə üstünlük verilir. Bu olduqca humanist prosesdir”.
Elmira Süleymanova amnistiya aktının nə zaman qəbul olunacağının Milli Məclisindən asılı olduğunu deyib.
Elxan SALAHOV

Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16