Müsavat Partiyasının rayon təşkilatından kütləvi istefa
Müsavat Partiyasının Şahbuz rayon təşkilatı sədri Məmmədqulu Əliyev bəyanat yayaraq partiyada tutduğu vəzifədən və üzvlükdən istefa verib.
APA-nın məlumatına görə, onun yaydığı bəyanatda deyilir ki, son günlər Müsavat Partiyasında baş verən proseslərdən partiya rəhbərliyinin yürütdüyü siyasətin müsavatçılıq ideologiyası ilə daban-dabana zidd olduğu görünür: “Yəni partiyanın aparıcı şəxslərinin istefaları bir daha onu göstərir ki, illərlə aparılan yanlış siyasi fəaliyyətin yekunu son hadisələrlə nəticələnməli idi. Öz həyatlarını, məşəqqət, əzab-əziyyət, fədakarlıqlarla dolu ömürlərini bu ideyada tapan ziyalılar nəhayət ki, həmin partiya toplumunda olan yanlışlıqlardan nəticə çıxarmaq gücünü özlərində hiss edərək oradan uzaqlaşmağa nail oldular. Əlbəttə, mən bir hərəkatçı olaraq onları təqdir edirəm. Müsavatçılıq ideologiyasının konseptual prinsiplərindən uzaqlaşan bir qrup şəxs, demək olar ki, partiyanın əsas ana xəttini - dövlətçilik prinsiplərini arxa plana keçirərək, özlərinin şəxsi ambisiyalarının əsirinə çevriliblər. Onların hakimiyyətə gəlmək hərisliyi o qədər güclənib ki, bütün yaxşılara qara xətt çəkmək kimi başabəla avantüralara uyublar. Müsavatçılıq ideyası ilə daban-dabana zidd olan regionçuluq, şəxsi mənafeyi dövlətçilik mənafeyindən üstün tutmaq, partiya yoldaşlarını qaralamaq, tənqidə dözümsüzlük, eyni zamanda, antiazərbaycançılıq kimi qeyri-normal mövqedə dayanan insanların müsavatçılıq ideyası ilə heç bir bağlılığı ola bilməz. Partiyadaşlarıma tövsiyə edirəm ki, öz siyasi mövqelərini aydınlaşdıraraq, Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət etmək üçün öz ziyalılıq qeyrətlərini ortaya qoysunlar”.
M.Əliyev APA-ya açıqlamasında onunla birlikdə təşkilatın bütün üzvlərinin - təxminən 10 nəfərin də partiyadan istefa verdiyini bildirib.

Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16