QHT qanununa dəyişiklik parlamentin gündəliyinə salınıb
Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək.
İclasın gündəliyinə 18 məsələ daxil edilib və bunlardan biri son günlərin əsas müzakirə obyektinə çevrilən “Qeyri-hökumət təşkilatları haqqında” qanuna əlavə və dəyişikliklərdir.
Milli Məclisin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, gündəliyə daxil olan 18 məsələdən 2-si ötən iclasdan qalıb. Bunlar “Dini etiqad azadlığı haqqında” və bəzi qanunverici aktlara əlavə və dəyişikliklərdir. Son iclasda müzakirəyə çıxarılacaq məsələlər arasında “Kütləvi informasiya vasitələri haqqında” qanunlara əlavə və dəyişikliklər də var. Həmçinin Mənzil Məcəlləsi, İnzibati Prosessual Məcəllə, “Bədən tərbiyəsi və idman haqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə ediləcək.
Millət vəkilləri son iclas günündə Yaponiya ilə Azərbaycan arasında kredit sazişinin təsdiq edilməsi, Diplomatik xidmətdə fərqlənməyə görə medalın təsdiq edilməsi, Diplomatik xidməti orqanlarının 90 illiyi yubiley medalının təsdiq edilməsi, İsmayıllı, Salyan, Saatlı rayonlarının, o cümlədən Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi və digər məsələləri də müzakirə edəcəklər.
Elxan SALAHOV

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25