Milli Məclis ABŞ Konqresinə müraciət etdi
Azərbaycan Milli Məclisi (MM) ABŞ Konqresinə müraciət edib. APA-nın xəbərinə görə, müraciət MM-in Beynəlxalq əlaqələr və İqtisadi siyasət komitələrinin bu gün keçirilən birgə iclasında qəbul olunub. İclasda MM Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.
Beynəlxalq əlaqələr Komitəsinin sədri Səməd Seyidov bildirib ki, MM bu il iyunun 17-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin Dövlət Xarici Əməliyyatlar və Aidiyyəti Proqramlar üzrə Alt Komitəsi tərəfindən qəbul olunan və baxılmaq üçün yuxarı instansiyalara göndərilən 2010-cu maliyyə ili üçün Dövlət Departamenti və xarici əməliyyat büdcə layihəsi çərçivəsində separatçı Dağlıq Qarabağ rejiminə 10 milyon ABŞ dolları məbləğində yardım edilməsi və 1992-ci ildə qəbul olunan “Azadlığa Dəstək Aktı”nın 907-ci əlavəsinin ABŞ prezidenti tərəfindən illik əsasda qüvvəsinin dayandırılmasına dair səlahiyyətlərinin şərtləndirilməsi barədə qərarından narahat olduğunu bildirir və buna etiraz edir.
Müraciətdə həmçinin qeyd olunub ki, Azərbaycan parlamenti separatizmə dəstək olan bu qərarın ABŞ-ın beynəlxalq münasibətlər sistemində yürütdüyü xarici siyasətə zidd olduğunu, enerji, regional təhlükəsizlik, beynəlxalq terror, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə, Əfqanıstandakı hərbi əməliyyatlar, İslam dünyası ilə dialoq və digər sahələrdə Azərbaycan-ABŞ əməkdaşlığının strateji tərəfdaşlıq müstəvisinə yüksəldiyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin həssas mərhələyə daxil olduğu və ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəsi qismində çıxış etməsinə ən çox ehtiyac duyulduğu dövrdə Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətinin inkişafına xidmət etmədiyini diqqətə çatdırır.
MM təkidlə ABŞ Konqresini qərar qəbul edərkən, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində etnik təmizlənməyə məruz qalan və qaçqın həyatı yaşamağa məcbur edilən Dağlıq Qarabağ regionunun 65 minə yaxın azərbaycanlı icmasının ABŞ-ın yardımından təcrid olunmamasına, bu yardımın Azərbaycan hökuməti ilə məsləhətləşmələr nəticəsində həyata keçirilməsini müvafiq şəklidə əks etdirməyə və 907-ci əlavənin tamamilə ləğvinə çağırır.
İclasda çıxış edənlər bu müraciətin edilməsinin vacib olduğunu bildiriblər. Millət vəkili Qənirə Paşayeva deyib ki, hətta ABŞ özü işğal altında olan torpaqları boz, nəzarətsiz ərazilər adlandırıb: “Nəzarətsiz ərazilər isə beynəlxalq hüquqda terrorizm məkanı kimi tanınır. Belə bir əraziyə ABŞ-ın yardım ayırması düzgün deyil. Əgər bu, ABŞ-ın humanizmidirsə, niyə eyni münasibət Osetiya və Abxaziyaya da göstərilmir?”
Sonda müraciət qəbul olunub.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25