Milli Məclis tətilə çıxdı
Sonuncu iclasda 18 qanun layihəsi müzakirə edilib
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb. APA-nın məlumatına görə, son iclas günündə “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi, Mənzil Məcəlləsi və İnzibati Prosessual Məcəllə üçüncü oxunuşda qəbul edilib.
Bundan başqa, Gəncə və Şirvan Apellyasiya məhkəmələrinin hakimləri Vəli Abdullayev və Təranə Hüseynovanın vəzifələrindən azad edilməsi, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Azərbaycan arasında sazişin təsdiq edilməsi, Azərbaycanın İsmayıllı, Hacıqabul, Salyan, Sabirabad rayonlarının və Şirvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə edilərək təsdiqlənib.
İclasda, həmçinin “Diplomatik xidmətdə fərqlənməyə görə” medalın təsis edilməsi, “Diplomatik xidmət orqanlarının 90 illiyi” (1919-2009) yubiley medalının təsis edilməsi, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər və əlavələr edilməsi, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əlavə edilməsi və digər sənədlərə baxılıb. Millət vəkilləri bu məsələləri də müzakirə edərək qəbul ediblər.
Bununla da, Milli Məclisin yaz sessiyası başa çatıb.

Oxşar yazılar

Prezident Ağdamdan səmimi görüntülər paylaşdı
10 may 2025 , 20:10
Şəkidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub
10 may 2025 , 16:35
Ermənistanın Hindistana verdiyi dezinformasiya dəstəyi ifşa olundu
10 may 2025 , 14:26
XİN-dən Aktaudakı təyyarə qəzası ilə bağlı AÇIQLAMA
10 may 2025 , 12:03
Ermənilər ordumuzu atəşə tutdu
10 may 2025 , 11:33
Prezidentdən Heydər Əliyevin doğum günü ilə bağlı PAYLAŞIM
10 may 2025 , 00:23
İki nüvə dövləti üz-üzə gəldi: Hindistan və Pakistanın hərbi gücü -VİDEO
9 may 2025 , 16:25