XİN-in xəbərdarlığı: “Misirə getməyin!”
APA-nın xəbərinə görə, XİN-in rəsmi saytında yerləşdirilmiş məlumatda yanvar ayının sonlarından başlayaraq, Misir Ərəb Respublikasında hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşların başlanıldığı bildirilir: “Kütləvi iğtişaşlar nəticəsində çoxlu sayda insan həlak olmuş və yaralanmışdır. Misir Ərəb Respublikasının hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmişdir. Belə ki, saat 16:00-dan 08:00-dək ölkədə küçəyə çıxmağa məhdudiyyətlər qoyulmuşdur.
Bunları nəzərə alaraq, Misir Ərəb Respublikasına səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələləri nəzərə almaları və ehtiyatlı olmaları, vacib olmadıqda səfərlərini təxirə salmaları tövsiyə olunur. Xüsusilə Qahirə, Asuan və Luksor şəhərlərinə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır”.
XİN-dən qeyd edilib ki, Misir Ərəb Respublikasında daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və iğtişaşlara qarışmamaları, yaranmış hər hansı problemlə əlaqədar onlara yardım göstərilməsi üçün Azərbaycanın Misir Ərəb Respublikasındakı Səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib.

Oxşar yazılar

Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33
Ermənistan Azərbaycana 150 milyard dollara yaxın ziyan vurub
26 iyul 2025 , 13:50
"USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb" - Hikmət Hacıyev
26 iyul 2025 , 13:16