Şeyxülislam ziyalıların Qarabağ səfərinə münasibət bildirdi
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə keçirdiyi mətbuat konfransında Azərbaycan ziyalılarının Dağlıq Qarabağa səfərinə münasibət açıqlayıb. Lent.az-ın xəbərinə görə, Şeyx bu məsələdə yalnız bir prinsipinin olduğunu deyib: “Mənim bu məsələdə bir prinsipim var ki, problem sülh yolu ilə həll olunsun”.
Şeyx bu cür səfərlərə münasibətinin pis olmadığını deyib: “Məsələn, Polad Bülbüloğlunu deyirlər. Axı o hara gedib? Polad Bülbüloğlu dədəsinin evinə gedib də... Mən də darıxanda rəhmətlik atamın qəbri üstünə gedirəm. Əgər biz bu yerdə yaşayacağıqsa, xalq diplomatiyası yaxşıdır, getsinlər, gəlsinlər, ancaq bir şərtlə: məsələ Azərbaycanın ərazi bütövlüyü şərtilə həll olunsun”.
Şeyx onun özünə belə bir səfərə getməklə bağlı təklifin gəlmədiyini, lakin təklif olarsa, şəraitə uyğun olaraq onu müsbət cavablandıracağını deyib: “Məsələn, mən bilsəm ki, gedib orada məscidləri görə biləcəm, əsirləri görə biləcəm, təklif olsa, müsbət cavablandıra bilərəm”.
O, Rusiya patriarxının iştirakı ilə bütün ermənilərin katalikosu II Qareginlə görüşünün nəzərdə tutulduğunu da deyib.
Pərvin ABBASOV

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29