“Bəzi səfirliklər agentura rolunu oynayır”
Milli Məclisin bu gün keçirilən iclasında son günlər Avropa Şurasının Azərbaycanda siyasi məhbus problemi ilə bağlı qaldırdığı məsələlər müzakirə olunub. Lent.az-ın məlumatına görə, cari məsələlərdən danışan millət vəkilləri Avropa Şurasının Azərbaycana qarşı düzgün və qərəzsiz mövqe nümayiş etdirməsindən narazı olduqlarını bildiriblər.
Millət vəkili Azay Quliyev deyib ki, Azərbaycanda siyasi məhbus problemi mütəmadi olaraq qaldırılır. Halbuki, bunun üçün heç bir əsas yoxdur. Onun sözlərinə görə, bir çox QHT-lər Azərbaycanda siyasi məhbus problemi ilə bağlı Avropa Şurasına həqiqətə uyğun olmayan məlumatlar verir və Avropa Şurası da bunun əsasında Azərbaycana qarşı hansısa formada təzyiqlər göstərir.
YAP-çı deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda siyasi mədəniyyət Avropanın, o cümlədən Amerikanın tarixindən daha çoxdur. Onun sözlərinə görə, Azərbaycanda qadınlar seçkidə iştirak edəndə Amerikada qadınlar heç səsvermə hüququna da malik deyildi. Siyavuş Novruzov Avropa Şurasının siyasi məhbus məsələsi ilə bağlı Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bildirib. O vurğulayıb ki, Avropa Şurası, o cümlədən bir çox Avropa ölkələri Azərbaycanın siyasi və iqtisadi cəhətdən inkişafında maraqlı deyil.
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov isə daha sərt danışıb. O qeyd edib ki, Avropa Şurasına daxil olan ölkələrin əksəriyyəti, o cümlədən Amerika özü Azərbaycanın iqtisadi inkişafına hər vəchlə zərbə vurmaq istəyir: “Mən özüm şahidəm ki, Avropa Şurasında təmsil olunan bəzi ölkələrdən olan həmkarlarımız açıq şəkildə deyirlər ki, Avropa Şurasının Azərbaycanda siyasi məhbus məsələsini qaldırması daha çox Azərbaycanın müsəlman ölkəsi olması ilə əlaqədardır. Hətta bəzi səfirliklər agentura rolunu oynayır və mən bilirəm ki, həmin səfirliklər Avropa Şurasına və digər beynəlxalq təşkilatlara siyasi məhbus problemini şişirdərək məlumat göndərirlər”.
Elxan SALAHOV

Oxşar yazılar

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33