DİN Daxili Qoşunlar Baş İdarəsində müşavirə keçirilib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə daxili işlər naziri Ramil Usubov iştirak edib.
Xidməti-döyüş fəaliyyəti haqqında məruzə ilə çıxış edən Daxili Qoşunlar komandanının 1-ci müavini-Qərargah rəisi, general-mayor Şirin Xəlilov qarşıya qoyulmuş tapşırıqların ötən il uğurla yerinə yetirilməsi məqsədi ilə bir sıra təşkilati-praktik tədbirlərin həyata keçirildiyini, ölkədə sabitliyin, ictimai asayişin qorunmasında şəxsi heyətin daxili işlər orqanları ilə birlikdə həmin vəzifələrin yüksək səviyyədə yerinə yetirdiyini bildirib. O, qeyd edib ki, ötən il ərzində hərbi intizamın vəziyyəti və tərbiyə işləri diqqət mərkəzində saxlanılıb, müvafiq göstərişlər hazırlanaraq hərbi hissələrə göndərilib, Daxili Qoşunların xüsusi təyinatlı bölmələrinin peşə hazırlığının artırılması məqsədilə müxtəlif mövzular üzrə taktiki və xüsusi-taktiki təlimlər keçirilib.
Sonra hərbi hissə komandirləri il ərzində görülən işlər barədə məlumat veriblər.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov çıxış edərək, hesabat dövründə qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün hissə və bölmələrin döyüş hazırlığının daim nəzarətdə saxlanıldığını, komandirlərin və idarəetmə orqanlarının hazırlığına, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə, şəxsi heyətin mənəvi-psixoloji durumuna, hərbi qulluqçuların Vətənə, dövlətə, dövlətçiliyə və hərbi anda sadiqlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirildiyini bildirib.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov Daxili Qoşunların 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirib. Nazir xidməti-döyüş fəaliyyətində bəzi nöqsanların da mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasının vacibliyini bildirib, konkret tapşırıq və tövsiyələrini verib.

Oxşar yazılar

Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00
"Qarabağdan erməniləri biz çıxarmamışıq, öz qərarlarıdır" - Hikmət Hacıyev
26 iyul 2025 , 14:33