                        Təhsil Nazirliyinə 4 milyon manat ayrıldı
                                    
                                    0
                                
                                    0
                                
                                Azərbaycan Prezidenti İlham Əliyev “Texniki peşə məktəblərinin maddi-texniki bazasının gücləndirilməsilə əlaqədar tədbirlər barədə” sərəncam imzalayıb. 
Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sərəncama əsasən, 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.
Azərbaycan Prezidentinin “Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” də sərəncam imzalayıb. Sərəncamla Azərbaycandakı məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması işlərinin davam etdirilməsi 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2 milyon manat məbləğində vəsait ayrılıb.