İranın Ankaradakı səfirliyi önündə etiraz aksiyası keçirildi - FOTO
Bu gün Türkiyədəki azərbaycanlı icmalarından ibarət Azərbaycanla Həmrəylik Qrupu İran İslam Respublikasının Ankaradakı səfirliyi qarşısında aksiya keçirib.
Azərbaycanla Həmrəylik Qrupundan Lent.az-a verilən məlumata görə, əllərində Azərbaycan və Türkiyənin bayraqları olan aksiya iştirakçıları “Qarabağ Türkdür, Türk də qalacaq!”, “İran Azərbaycandan əlini çək!”, “İran, Ermənistana dəstəyini kəs!”, “Təbriz, Bakı, Ankara – birlikdə gücdür!”, “Qarabağı işğal edən Ermənistana yardımları durdur!”, “Cənubi Azərbaycan türklərinin haqlarını ver!”, “Azərbaycan İran olmayacaq!”, “Yaşasın Azad və Dünyəvi Azərbaycan!”, “Cənubi Azərbaycan türklərinə ana dilində təhsil haqqı!” şüarlarını səsləndiriblər.
Azərbaycanla Həmrəylik Qrupu tərəfindən təşkil olunan etiraz aksiyasının iştirakçıları səfirliyin binası önünə üzərində “İran-Ermənistan Qardaşlığına” yazılmış qara çələng qoyublar. Türkiyə mətbuatı etiraz aksiyasını böyük maraqla izləyib. Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyi, “İhlas” Xəbər Agentliyi, “Kanal B”, “CNN Türk” kimi aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri Türkiyədə yaşayan azərbaycanlıların keçirdiyi aksiyanı işıqlandırmaq üçün hadisə yerinə gəliblər.
Azərbaycanla Həmrəylik Qrupu ictimaiyyət üçün yaydığı açıqlamada Ermənistanın 1988-ci ildən başladığı hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyi, bunun nəticəsində 30 min azərbaycanlının öldürüldüyü, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Açıqlamada islamın bayraqdarı olduğunu iddia edən İran İslam Respublikasının Azərbaycanın torpaqlarının işğal edən Ermənistanla hərbi, iqtisadi və siyasi əməkdaşlığı günbəgün artırdığı qeyd olunur: “İranın onunla yaxın qardaşlıq əlaqələrindən cəsarətlənən Ermənistan Azərbaycan torpaqlarının işğalını və vaxtaşırı olaraq müsəlman qanını axıtmağı davam etdirir”.
Azərbaycanla Həmrəylik Qrupu yaydığı açıqlamada Türkiyədə yaşayan 3 milyon azərbaycanlı adından çıxış edərək İrandan Ermənistanı dəstəkləməkdən əl çəkməsini istədiklərini bildirib. Açıqlamanın sonunda Azərbaycanla Həmrəylik Qrupu İranı Azərbaycanın daxili işlərinə qarışmaqdan vaz keçməyə, işğalçı Ermənistana yardım göstərməyi durdurmağı və Cənubi Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarına hörmətlə yanaşmağa çağırıb.

Oxşar yazılar

Qarabağ və Şərqi Zəngəzur son bir ayda yarım milyondan çox ziyarətçi qəbul edib
29 iyul 2025 , 19:21
Ruben Vardanyanın məhkəməsində zərərçəkənlər ifadə veriblər
29 iyul 2025 , 16:41
Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin YENİ ÜZVLƏRİ
29 iyul 2025 , 09:46
Türkiyənin Azərbaycandakı səfiri APA Media Qrupun qonağı oldu
28 iyul 2025 , 17:50
Amin Musayev Arayikgilin məhkəməsində: "Hər gün işgəncə verirdilər"
28 iyul 2025 , 13:57
"Rusiyadan məsuliyyəti üzərinə götürməsini gözləyirik" - Hikmət Hacıyev
26 iyul 2025 , 15:35
"ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir" - Prezidentin köməkçisi
26 iyul 2025 , 15:00