BBP “erməni açlımı”na dəstək vermədi
Davudoğlu Topçuyla görüşdən əliboş döndü
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün ziyarət etdiyi Böyük Birlik Partiyasının (BBP) sədri Yalçın Topçudan “erməni açılımı”na dəstək ala bilməyib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yalçın Topçu görüşdən sonra verdiyi açıqlamasında deyib ki, Ərdəhandan Ədirnəyə qədər türk xalqına səslənir və türk millətinin kürəyini AKP-nin yeni “açlımı”ndan qorumağa çağırır.
BBP sədri hesab edir ki, Ermənistanla diplomatik münasibətlərin quruması, sərhədlərin açılması ilə bağlı protokollar ABŞ-ın tələbləriylə gündəmə gətirilib: “Ermənistan Qarabağda işğal etdiyi torpaqlardan çəkiləcəyini bəyan etməli, Xocalı soyqırmı mütləq o protokolda əksini tapmalıdır. Əgər İsveçrədə bir nəfər desə ki, “erməni soyqırımı” yalandır, onu dərhal həbsə atarlar”.
Yalçın Topçu vurğulayıb ki, İsveçrədə oturub belə bir protokola imza atmaq yanlışdır: “Bu məsələlər mütləq Azərbaycanın iştirakıyla müzakirə olunmalıdır. Bunu Əhməd Davudoğluna da söylədim. Baş nazir Rəcəb Tayyib Ərdoğanın “Ermənistan Qarabağda işğal etdiyi torpaqlardan geri çəkilməzsə, biz sərhədləri açmayacağıq” sözlərinə türk milləti inanmaq istəyir. AKP üslubda səhvə yol verdi. Protokollar bu mərhələyə gəlməmişdən əvvəl parlamentdə müzakirə olunmalı idi. Ancaq inanıram ki, millət vəkilləri protokollar müzakirə çıxarılarkən türk millətinin mövqeyini ifadə edəcəklər”.
BBP sədri qeyd edib ki, Ermənistan hər şeydən əvvəl Qars anlaşmasını tanımalı, soyqırım iddialarından vaz keçməlidir: “Biz xarici işlər nazirinə də qırmızı xətlərimizi açıqladıq”.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29