“Həmsədrlər ABŞ-da XİN başçıları ilə görüşəcəklər”
Bu barədə Yuri Merzlyakov açıqlama verib
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Robert Bratke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla görüşəcəklər.
Bu barədə APA-ya eksklüziv açıqlamasında rusiyalı həmsədr Yuri Merzlyakov məlumat verib.
Yeni amerikalı həmsədr R.Bratke ilə tanış olmadığını deyən rusiyalı diplomat onunla Nyu-Yorkda tanış olacağını söyləyib. Rusiyalı diplomat bildirib ki, E. Məmmədyarov və E. Nalbandyanla Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Kişinyovda keçirilməsi nəzərdə tutulan görüşünü müzakirə edəcəklər. Vasitəçinin sözlərinə görə, prezidentlər bu görüşə prinsipial razılıq veriblər, lakin yekun razılıq hələlik yoxdur. Razılıq alınarsa, görüşün oktyabrın 10-da keçirilməsinin nəzərdə tutulduğunu deyən diplomat hazırda Moldovada baş verən siyasi vəziyyəti xatırladıb, görüşün baş tutub-tutmayacağı barədə dəqiq fikir söyləyə bilməyəcəyini vurğulayıb.
“Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların oktyabrın 13-də - Kişinyov görüşündən sonra imzalanması nəzərdə tutulur. Kişinyovda bu sənədlərin imzalanmasına əsas verə biləcək addımların atılacağını - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qərarın veriləcəyini gözləmək olarmı” sualına rusiyalı həmsədrin cavabı belə olub: “Məndə olan məlumata görə, protokolların mətnində Dağlıq Qarabağla bağlı heç nə yoxdur”.
İlin sonunadək həmsədrlikdən gedəcəyini deyən Y. Merzlyakov onu kimin əvəzlənəcəyini bilmədiyi söyləyib. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin bu vəzifəyə təyin olunacağı barədə məlumatlara gəlincə, o, artıq bu informasiyaların təkzib olunduğunu xatırladıb.
Y. Merzlyakov onu da qeyd edib ki, həmsədr vəzifəsində sələflərindən çox çalışıb: “Artıq 7-ci ildir ki, bu vəzifədəyəm”.
Qeyd edək ki, E. Məmmədyarov sentyabrın 21-dən 27-dək Nyu-Yorkda səfərdə olacaq.

Oxşar yazılar

Əfv Komissiyasının daha bir iclası keçirildi
16 may 2025 , 17:45
MDB-nin təhlükəsizlik orqanları Düşənbədə TOPLAŞDI
16 may 2025 , 17:44
"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 , 21:52
Tramp şahzadə Salmandan soruşdu: "Gecələr necə yatırsan?"
14 may 2025 , 19:10
Tramp Ukrayna ilə bağlı xoş xəbər gözləyir
14 may 2025 , 18:22
Azərbaycanın ECO-da fəaliyyəti milli maraqların qlobal platformalarda müdafiəsinə xidmət edir - RƏY
14 may 2025 , 09:40
Ermənilər Ordumuzun mövqelərini atəşə tutdu
14 may 2025 , 08:25