Ermənilər Kəlbəcərə 7,5 milyard rublluq ziyan vurub
Lent.az-ın məlumatına görə, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərlə yanaşı Kəlbəcər rayonundan olan şair və yazıçılar, təhsil işçiləri də iştirak edib. Tədbirdə 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ermənilərin dinc sakinlərə qarşı qanlı cinayətlərindən, canını qurtarmaq istəyən qadın və uşaqların girov götürülərək amansızcasına qətlə yetirilmələrindən danışılıb.
MEA-nın elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi Ələmdar Cabbarlı Kəlbəcərin işğalı nəticəsində rayona dəymiş ziyanla bağlı dəqiqləşdirilmiş rəqəmləri iştirakçıların diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın işğal olunmuş rayonlar arasında ən böyüyü olan Kəlbəcərin erməni Silahlı Qüvvələrinin nəzarətinə keçməsi nəticəsində 128 kənd, 1 qəsəbə, 140 müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi ,1 texniki, peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi, 214 mədəniyyət ocağı dağıdılıb. Rayona dəymiş iqtisadi ziyanın dəyəri o dövrkü qiymətlərlə 703 milyard 528 milyon rubl olub. Hazırda rayonunun əhalisi Azərbaycanın 56 rayon və şəhərinin 707 məntəqəsində məcburi köçkün şəraitində yaşayır.
Tədbirdə Kəlbəcərlə bağlı videogörüntülər nümayiş etdirilib. Həmçinin “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən hazırlanmış Kəlbəcər faciəsi haqqında Azərbaycan və ingilis dilində hazırlanmış maarifləndirici bukletlər iştirakçılara paylanıb.
Elxan SALAHOV

Oxşar yazılar

Paşinyandan SÜLH PAYLAŞIMI
8 avqust 2025 , 11:27
"Zəngəzur Dəhlizi"nin işə düşməsi ilə bağlı ABŞ-la Ermənistan arasında saziş imzalanır
8 avqust 2025 , 11:14
Dünyanın gözü Vaşinqtonda: Liderlər bu saatlarda görüşəcək
8 avqust 2025 , 10:35
Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46